Interposta.Info

RF-nin Dağıstan Respublikasının Dərbənd şəhərində

Ölkə
 24-02-2017, 18:31     879

RF-nin Dağıstan Respublikasının Dərbənd şəhərində

Dərbənd şəhərində Xocalı qurbanları üçün dualar oxunub

interposta.info xəbər verir ki, Dərbənd qəzetinin əməkdaşı, Dərbənd Azərbaycanlıları Milli Mədəni Muxtariyyatının sədri Telman Tahirlinin “Şimal xəbərləri” qəzetinə verdiyi məlumata görə, bu gün şəhərin Cümə məscidində Xocalı soyqırımı zamanı həlak olanların ruhuna dualar oxunub.

Bu münasibətlə keçirilən tədbirdə Dağıstan respublikası başçısının Cənub Dairəsi üzrə nümayəndəsinin müavini Tadjuddin Sultanov,Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Dağıstan respublikası üzrə nümayəndəsi Şixabuddin-Hacı Kərimov, Dərbəndin Cümə məscidinin imamı Hacı Seyid Haşim Mirteyyubov və onun müavinləri Kərbəlayi Məzahir Məmmədov, Hacı Seyid Nağı Mirteyyubov, Azərbaycan Dram Teatrının direktoru Firdovsi Əsgərov, “Dədə Qorqud”, “Azərros” və “İrs” ictimai təşkiatlarının təmsilçiləri iştirak ediblər. Şixabuddin-Hacı Kərimov çıxışında erməni birləşmələrinin cinayətkar əməllərindən, dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışıb. Bildirib ki, onlar azərbaycanlı olduqlarına görə öldürülüblər. Hacı Seyid Haşim Mirteyyubov və Kərbəlayi Məzahir Məmmədov Xocalı hadisələri barədə xatirələr danışıblar. Onlar qeyd ediblər ki, Dağıstan azərbaycanlıları böyük ümid edirlər ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Vaxt gələcək ki, Xocalı qətliamını törədənlər layiqli cəzalarını alacaqlar.

interposta.info

RF-nin Dağıstan Respublikasının Dərbənd şəhərində
RF-nin Dağıstan Respublikasının Dərbənd şəhərində
RF-nin Dağıstan Respublikasının Dərbənd şəhərində
RF-nin Dağıstan Respublikasının Dərbənd şəhərində
RF-nin Dağıstan Respublikasının Dərbənd şəhərində
RF-nin Dağıstan Respublikasının Dərbənd şəhərində

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26