Interposta.Info

Masazırda bahalı avtomobil "əməliyyatı" -

Ölkə
 21-02-2017, 17:28     561

Masazırda bahalı avtomobil "əməliyyatı" -

Fevralın 20-si gecə saatlarında Masazır qəsəbəsində "Neftçi" və Azərbaycan millisinin futbolçusu Rəhman Hacıyevin yaşadığı binanın qarşısındaca avtomobilindən oğurluq edilib.

Yarımmüdafiəçinin "Chevrolet Camaro SSX" idman avtomobilinin şüşəsini sındıran oğrular əllərinə bir şey keçmədiklərini görüncə, futbolçunun idman dəstini götürərək hadisə yerindən uzaqlaşıblar.

Elə eyni ünvanda həmin gecə ikinci avtomobildə oğurluq hadisəsi baş verib. "Range Rover"dən də eyni qaydada oğurluğa cəhd edən şəxslərin məhz Rəhman Hacıyevin avtomobilinə daxil olan cinayətkarlar olduğu ehtimal edilir./anv.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26