Interposta.Info

Rauf Arifoğlu:

Ölkə
 17-02-2017, 12:30     804

Rauf Arifoğlu:
“Dövlət tərəfindən yazılı mediaya edilən maliyyə dəstəyi elektron mediaya da şamil olunmalıdır”.
interposta.info xəbər verir ki, bu fikirləri “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün Milli Məclisdə aparıcı KİV-lərin rəhbərləri ilə keçirilən görüşdə çıxışı zamanı bildirib.
R.Arifoğlu təklif edib ki, hazırda elekton medianın buna böyük ehtiyacı var:
“Bu gün çap mediası Azərbaycan Respublikası yanında Kütləvi İnformasiya Vasitələrində Dəstək Fondunun sayəsində ayaqdadır. Xüsusilə xarici dildə fəaliyyət göstərən və Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdıran elektron medianın bu yardıma ehtiyacı var”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26