Interposta.Info

Yaşadığı vaqon yanan ailə iki azyaşlı uşaqla küçədə qaldı -

Ölkə
 14-02-2017, 17:03     901

Yaşadığı vaqon yanan ailə iki azyaşlı uşaqla küçədə qaldı -

Bir müddət öncə Xətai rayon, Naximov küçəsi, dənizçi 2 ünvanında iki azyaşlı uşağı olan ailə - dəmir vaqonda acınacaqlı şəraitdə yaşayan Həsənovlar ailəsi haqqında reportaj yayımlamışdıq. İkin gün öncə isə ailədə daha ağır bir faicə yaşanıb.

Onların sığındığı və min bir əzab-əziyyət hesabına düzəltdikləri vaqon günorta saatlarında yanaraq külə dönüb. Vaqonun alovlandığını görən qonşular içəridə yatmış vəziyyətdə olan ailə başçısı Murov Həsənovla 3 yaşlı oğlunu çətinliklə xilas ediblər. Ev bütün əşyaları ilə birlikdə yanaraq külə dönüb. Yanğın zamanı ailənin xanımı Rüxsarə Həsənova işdə olub.

Musavat.com-a müraciət edən gənc ailə iki gecədir ki, bu şaxtalı havada azyaşlı uşaqları ilə birlikdə küçədə gecələyir.

Vaqondan və daş artırmadan ibarət ev bütün əşyaları ilə birlikdə tamamilə yanıb. Evdən demək olar ki, heç nə sağ çıxmayıb. Xoşbəxtlikdən qonşular ata və oğlunu xilas ediblər. İndi ailənin yeganə təsəllisi də sağlam şəkildə həyatda olmalarıdır.

Murov Həsənov yanğının necə baş verməsindən danışdı: “Onsuz da vəziyyətimiz çətin idi. İndi ümumiyyətlə yatmağa yerimiz yoxdur. Yanğının səbəbi vaqonun nasaz vəziyyətdə olan elektrik xətləri oldu. Evə gələn xətlər alüminiumdan idi, elektrik pilətəsinin xətti isə mis idi. Mən calaq formasında düzəltmişdim və o cür istifadə edirdik. İmkansızlıqdan düzəldə bilmirdik. Yanğın vaxtı da heç xəbəri olmayıb, oğlumla mən yuxuda olmuşuq, yoldaşım da işdə. Tüstünü görən qonşular qaçıb köməyə gəldilər. Qapı yandığı üçün aça bilmədik, pəncərəni sındırıb uşağı çölə atdım. Özüm də sürünüb çətinliklə çıxdım. Sonra pulu və sənədləri xilas etmək üçün pəncərən içəri girməyə cəhd elədim, acaq bu zaman ciddi yanıq xəsarətləri aldım, sağ qolum və bədənimin sağ tərəfi bütünlüklə yanıb. Evdən heç nə çıxara bilmədik. Qonşular gətirib paltar verdilər. 4 yanğın söndürən maşın gəlib evi söndürdü. Məni 5 saylı xəstəxananın yanıq şöbəsinə apardılar, ilkin tibbi yardım edib buraxdılar”.

Murov Həsənov deyir ki, aylıq gəlirləri o qədər azdır ki, kirayə evdə qalmaq imkanları yoxdur: “Yoldaşım ayda 200 manata toxucu işləyir, mən də iş tapa biləndə fəhləlik edirəm. Aylıq gəlirimiz heç 300 manat da deyil. Yeməyib-içməyib evin əşyalarını almışdıq, özümüzə şərait düzəltmişdik. İndi o da əlimizdən çıxdı. Əynimizin paltarlarına kimi, yorğan döşəyə kimi hər şey yandı. Kreditlə götürdüyümüz soyuducu, təzə elektronik avadanlıqlar, uşağın bütün geyimləri və əşyaları yandı. Təzə tikdiyimiz evin damını düzəltmək üçün loteraya oynayaraq 2000 manat pul götürmüşdük, o da yanğında külə döndü”.

Rüxsarə Həsənova yanğının ertəsi günü düşdükləri acınacaqlı durumla bağlı həm Milli Məclisə, həm də Prezident Aparatına müraciət etdiyini, lakin heç bir yerdən hər hansı yardım görmədiyini bildirdi.

Qeyd edək ki, Həsənovların 2 yaşı oğlu pnevmaniya xəstəsidir. Yanğında bütün əşyalarını itirən ailə indi uşağa geyindirməyə paltar belə tapmır. İndi ailənin həm dövlətin diqqət və qayğısına, həm də xeyirxah insanların yardımına ehtiyacı var.

Hazırda ailənin yanan vaqonun yaxınlığında tikdiyi iki otaqlı evin divarları hazır vəziyyətdə olsa da, suvağı, dam örtüyü, döşəməsi, qapı-pəncərəsi yoxdur. Gənc ailə evlərini təmir edib, ən azı bir otağını düzəltmək üçün kömək istəyir. Həsənovlar ümid edir ki, onların vəziyyəti ictimailəşdirildikdən sonra duyarlı insanların diqqətini çəkəcək və durumları az da olsa, düzələcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26