Interposta.Info

Gəncə xəstəxanasında dünyasını dəyişən qızın

Ölkə
 11-02-2017, 10:26     1 004

Gəncə xəstəxanasında dünyasını dəyişən qızın
Gəncə şəhərində yerləşən “Yeni Gəncə” tibb mərkəzində 17 yaşlı qızın cərrahiyyə əməliyyatı zamanı ölüm anını əks etdirən videogörüntülər yayılıb.
“Report” tibb mərkəzinin müşahidə kamerasına düşmüş həmin görüntüləri təqdim edir. Görüntülərdə qıza ürək masajı edildiyi, daha sonra oksigen verildiyi görünür.
Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26