Interposta.Info

Deputatdan yarımayan Binəqədi:

Ölkə
 10-02-2017, 15:13     1 136

Deputatdan yarımayan Binəqədi:
Hacı Madərin millət vəkili kimi seçicilərini qane etmədiyi və yalnız mandatdan biznesinin toxunulmazlığını qoruması üçün istifadə etdiyi deyilir.

“Paytaxtın Binəqədi rayonu üzrə üç deputat var. Onlar Azay Quliyev, Kəmaləddin Qafarov və Madər Musayevdir. Azay Quliyev ölkənin ictimai-siyasi həyatında fəal deputatdır. Həm beynəlxalq müstəvidə, həm yerli arsenalda onun fəaliyyətini, mətbuatda çıxışlarını, parlamentdə təkliflərini görmək mümkündür. Amma eyni sözləri adıçəkilən iki deputat haqda söyləmək mümkün deyil. Çünki onların fəaliyyəti biznes müstəvisindədir”.

Bu sözləri Politika.Az-a yazan binəqədili seçicilərin sözlərinə görə, hər iki deputatdan yarımayıblar. Seçicilər K.Qafurovla M.Musayevin fəaliyyətsizliyindən, mandata şəxsi biznesin toxunulmazlığı kimi baxmasından da beziblər.

Onlar taleyi ilə barışıblar deyə hər iki deputatdan xeyir görməyən seçicilər biznes işində onlara uğur arzulayırlar. Seçicilər yazırlar ki, M.Musayevlə K.Qafarovu onların canına urcah edənlərdə günah görürlər.


“Kəmaləddin Qafarov və Madər Musayev Binəqədi rayonunda seçki ərəfəsində mələk kimi görünürdülər. Görən deyərdi ki, qarşıdakı 5 ildə də belə olacaqlar, xidmət göstərəcəklər. Elə ki seçki qurtardı, hər iki deputat qeybə çəkildi. Yəqin ki, 2020-ci il seçkilərində zühur edəcəklər. Onların başı biznesə elə qarışıb ki, növbəti seçkidə ayılacaqlar. Paytaxtın Binəqədi kimi böyük rayonunun deputatı fəal olmalıdır. Bu rayonun sosial problemlərindən tutmuş iqtisadi çətinliklərinə qədər xirtdəyə çatıb. Belə bir böyük rayonun millət vəkili daim seçiciləri ilə təmasda olmalı, görüşlər keçirməli, Binəqədi rayon icra hakimiyyəti ilə danışıqlar aparmalıdır”.

Adı ilk dəfə eşidilən və elə ilk dəfə deputat seçilən Kamaləddin Qafarovu nəinki seçiciləri tanımır, həmkarları və mətbuatda ilk dəfə onunla tanışdır.

İndiyə qədər nə jurnalistlərə açıqlama verib, nə seçiciləri ilə görüşüb, nə də parlamentdə səsi gəlib. Hətta spiker Oqtay Əsədovun da yadından çıxan Qafarov ölkənin ən vacib sahəsinin - Səhiyyə Komitəsinin üzvüdür.

Deputatın biznes şəbəkəsi olduğuna görə, o gözdən uzaq gəzməyə çalışır. Bakıda fəaliyyət göstərən məşhur aptek şəbəkələrindən biri deputatın nəzarətindədir və deputatın başı ona görə qarışıqdır.

Yeri gəlmişkən deputat fəaliyyəti ilə bağlı rastlanan çox az sayda xəbərlərdən biri də K.Qafarovun dərman biznesinin müdafiəsi, idxal olunan dərmanların ƏDV-dən azad edilməsi ilə bağlı olub. Bu biznesin toxunulmazlığı da mandat sayəsində baş tutub. Beləcə daha bir biznesmen deputatın sayı parlamentdı artıb.

Hacı Madərin millət vəkili kimi seçicilərini qane etmədiyi və yalnız mandatdan biznesinin toxunulmazlığını qoruması üçün istifadə etdiyi deyilir.
Bu seçkilərdə də öz biznesini inkişaf etdirmək üçün deputatlığa namizəd olması hacı Madərin seçiciləri tərəfindən narazılıqla qarşılanıb. Onlar məntəqələrə gedərkən bu namizədə səs verməyəcəklərini söyləyiblər.

Onun Binəqədidə bir sıra biznes sahələrinə sahib olduğu söylənilir. Bu baxımdan böyük bir marketlər şəbəkəsinin məhz deputata bağlı olduğu da iddialar sırasında yer alıb.

Məlumatlara görə, Madər Musayevə məxsus marketlər şəbəkəsi 2013-cü ilin avqustundan fəaliyyətə başlayıb. Sözügedən marketlər şəbəkəsi M.Musayevə məxsusdur. Sadəcə, yaxın adamlarının adına sənədləşdirilib. Bir zamanlar Hacı Madər demişdi ki, deputatlıqdan həzz alır.https://politika.az/karusel/28259-kemaleddin-qafarovla-mader-musayevin-dosyesi.html
interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26