Interposta.Info

Deputatdan

Ölkə
 12-01-2017, 18:16     593

Deputatdan

Vitse-prezidentlərlə bağlı indidən konkret ad çəkilməsinin tərəfdarı deyiləm. Çünki bununla bağlı öz şəxsi fikirlərim var və lazım gəlsə, gələcəkdə bildirəcəyəm

interposta.info xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat vitse-prezidentlərin təyinatı barədə danışarkən konkret ad çəkməsə də, fəaliyyət və qabiliyyətinə görə, siyasət və iqtisadiyyatı dərin bilən, ölkənin taleyi ilə maraqlanan, onu stabil görmək istəyən peşəkar insanların bu vəzifələrə gətiriləcəyini açıqlayıb:

“Ancaq bütün bu prioritetlərin hamısı prezidentin ixtiyarında olan məsələdir, son qərarı da o verəcək. Ən başlıcası, dövlət başçısı istəyir ki, Dağlıq Qarabağ problemi həll olunsun. Ona görə də konkret adların çəkilməsinin tərəfdarı deyiləm. Çünki bu, ölkə başçısının səlahiyyəti daxilindədir”.

Millət vəkili onu da qeyd edib ki, Azərbaycanda vitse-prezidentlik institutu qurulacaq və bunun üçün də hökumətə vaxt verilib:

“Hökumət bu vaxt ərzində hazırlanacaq normativ sənədləri prezidentə təqdim edəcək. Prezident isə sonda təyinatları aparacaq. Hələliksə dediyim kimi, indidən konkret ad çəkilmək istəmirəm. Çünki bununla bağlı öz şəxsi fikirlərim var və lazım gəlsə, gələcəkdə bildirəcəyəm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26