Interposta.Info

Azərbaycanlı nazirlərin yüksək vəzifə tutan övladları -

Ölkə
 7-02-2017, 15:05     2 315

Azərbaycanlı nazirlərin yüksək vəzifə tutan övladları -
Çox ovlaqlar içində çox ovları ovladım,

Aşıb-daşan arzumu mən artıq cilovladım.

Mən atamı ötmüşəm, məni ötür övladım,

Bu, belə də olmalı, axı, dünya fırlanır.

(Bəxtiyar Vahabzadə
)

Əksər hallarda övladlar atalarının yolu ilə gedir, onların fəaliyyət zəminində əldə etdiyi uğurları təkrarlamağa çalışırlar.

Bu məqalədə müxtəlif dövlət vəzifələrində çalışan məmur övladlarından bəhs edəcək.

Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini postunu tutur. General-mayor rütbəsini daşıyan T.Mehdiyev bundan öncə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, Mədəniyyət və Turizm nazirinin müavini vəzifələrində çalışıb. Hüquq elmləri namizədidir.

Daxili işlər naziri Ramil Usubovun böyük oğlu Emil Usubov da DİN-də yüksək vəzifə tutur. O, Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini vəzifəsini daşıyır. Nazirin kiçik oğlu Raul Usubov isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisidir.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov “Avropa-Azərbaycan” Cəmiyyətinin sədri, “Qəbələ” futbol klubunun prezidentidir. Paralel olaraq biznes fəaliyyəti ilə məşğul olan T.Heydərov vaxtının bir hissəsini Avropada, bir hissəsini Azərbaycanda keçirir.

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov “Amerika-Azərbaycan” Alyansının sədri, Azərbaycan Qolf Federasiyasının prezidenti, “Garant Holdinq”in Müşahidə Şurasının sədridir. Onun rəhbəri olduğu şirkətin fəaliyyət sahəsinə - tikinti, sığorta, nəqliyyat, media və digər sahələr daxildir.

Baş nazirin müavini Yaqub Eyyubovun oğlu Emin Eyyubov Azərbaycanın Avropa Şurası yanında diplomatik misiyasına rəhbərlik edir. O, bundan öncə ölkəmizi Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfir və Avropa İttifaqı yanında Nümayəndəliyin başçısı kimi təmsil edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin yaşı çox olmasa da, Türkiyədə fəaliyyət göstərən “İNDEX” təşkilatına rəhbərlik edir. Türkiyədə yaşayan və təhsil alan azərbaycanlı gənclərin üzv olduğu “İNDEX” bundan öncə "AZEDER" adlanırdı.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev vəzifə tutmasa da, aktiv ictimai fəaliyyətlə məşğuldur. Elmir Vəliyev “Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin sədridir. Müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi təmil edən İB sədrinin ətrafında yüzlərlə gənc birləşib. O həmçinin Milli Məclisdə çalışır.

Xatırladaq ki, Milli Məclisin deputatları arasında da övladları müxtəlif dövlət vəzifələrində çalışanlar var.


Millət vəkillərindən Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımlı “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov Fövqəladə Hallar nazirinin müavini, Aqil Abbasın oğlu Tuncay Abbasov Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi, Elman Məmmədovun oğlu Elşad Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisidir./ANV.az
interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26