Interposta.Info

Ramil Usubovun oğluna yeni vəzifə verildi - ƏMR

Ölkə
 27-12-2019, 14:02     387

Daxili işlər orqanlarında yeni təyinat olub.

"İnterPosta.info" məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Raul Usubov Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov APA-ya faktı təsdiqləyib.

Qeyd edək ki, Raul Usubov sabiq Daxili İşlər naziri, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun oğludur.

Raul Usubov bu təyinata qədər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində çalışıb.

Xatırladaq ki, R.Usubovun təyinatı ilə bağlı ilk xəbəri "Bakupost.az" saytı yayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26