Interposta.Info

.

Ölkə
 4-02-2017, 20:26     598

.
Bu gün Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə Azərbaycanlıların beynəlxalq Köln forumu keçirilib.
Assambleyadan interposta.info-a verilən məlumata görə, forumda Avropa və postsovet olkələrində fəaliyyət göstərən 23 diaspor təşkilatının rəhbəri, ictimai-siyasi və elm xadimləri, xarici ölkə təmsilçiləri iştirak ediblər.

Tədbirə həmçinin Almaniyada hazırda iqtidarda olan Xristian Demokrat Partiyasının millət vəkili Serap Gülər və Köln şəhər bələdiyyəsinin rəhbərliyi qatılıb.
Forumda “Azərbaycanda alman diasporasının tarixi”, “Tarixdən günümüzə qədər soyqırım və terrorizm”, “Avropa siyasi həyatında Türk qadını”, “Beynəlxalq miqrasiya siyasəti və mühacirlərin yaşadıqları ölkələrdə qarşılaşdıqları problemlər” mövzusunda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Forum adından bir sıra beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. Müraciətdə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsi azad olunması ilə bağlı qətnamələri xatırladılıb, AZərbaycanın ərazi bütövlüyünün bərpasının dəstəklənməsinə çağırış edilib.

interposta.info
.
.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26