Interposta.Info

6-cı sinif şagirdinin inanılmaz bacarığı –

Ölkə
 3-02-2017, 19:59     750

6-cı sinif şagirdinin inanılmaz bacarığı –

ARB Günəşin efirində maraqlı sujet yayımlanıb.

Belə ki, Quba şəhər 2 saylı təbiət fənnləri təmayüllü məktəb-liseyin 6-cı sinif şagirdi Hacı Hacıyev coğrafiya fənninə aid videodərsliklər hazırlayıb.

Onun ərsəyə gətirdiyi videoçarxlardan dərslərdə istifadə olunur.

“Fernan de Magellanın dünya səyahəti” adlı videodərslik məktəblinin ilk işidir. Hacı vulkanlarla bağlı qısametrajlı videodərslik də hazırlayıb. Həmin dərslikdə vulkanların yaranması və yer səthinə göstərdiyi təsirlərdən bəhs olunur. O əlaçıdır. Qrafik və montaj proqramları ilə işləməyi bacarır. Məktəbli müxtəlif animasiyalar da hazırlayır.

Hazırda tammetrajlı animasiya filmi üzərində çalışır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26