Interposta.Info

Azərbaycanlılarla kürdlər DALAŞDILAR -

Ölkə
 2-02-2017, 16:11     4 204

Azərbaycanlılarla kürdlər DALAŞDILAR -

Rusiyanın Surqut şəhərində azərbaycanlı və kürd qruplaşmaları arasında dava olub.

interposta.info modern.az-a istinadən xəbər verir ki, yanvarın 31-də Surqutun "Rus" kafesi yaxınlığında baş verən dava zamanı əslən azərbaycanlı olan 44 yaşlı Rusiya vətəndaşı Rüzgar Əliyev öldürülüb.


Məlumata görə, insidentdən bir müddət əvvəl azərbaycanlılar İmran adlı kürd gənci döyüblər. Buna görə də "Rus" kafesi yaxınlığında tərəflər bir-birilə "görüş" təyin ediblər.

Məlumata görə, öldürülən Rüzgar Əliyev Surqut şəhərində ciddi avtoritetə malik şəxs olub. 2016-cı il martın 31-də o, idarə etdiyi "Lexus" markalı maşınla Sosnovaya küçəsi ilə hərəkət edən zaman onu saxlamaq istəyən OMON-çunu avtomobili ilə vurmuşdu. Faktla bağlı cinayət işi açılsa da, sonradan məhkəmə işə xitam vermişdi.
Ehtimal olunur ki, Rüzgar Əliyevin azadlığa çıxmasında həmyerlisi, Surqut şəhər polisinin mayoru Rövşən Çıraqov yardımçı olmuşdu.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26