Interposta.Info

Rusiyada Fərman Salmanovun adını daşıyacaq aeroport məlum oldu

Müxtəlif
 5-12-2018, 09:20     371

"Rusiyanın dahi adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair keçirilən ümumxalq səsvermənin nəticələri açıqlanıb.

İnterPosta.info oxu.az-a istinadən xəbər verir ki, nəticəyə əsasən, Surqut aeroportu əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq.

Qeyd edək ki, Surqut aeroportu Xantı-Mansiysk muxtar dairəsinin ən böyük beynəlxalq hava limanıdır.

Xantı-Mansiysk muxtar dairəsinin iki aeroportu – Nijnivartovsk və Surqut F. Salmanovun adını daşımaq uğrunda mübarizə aparıb. Səsvermənin nəticələrinə əsasən, səslərin əksəriyyətini Surqut hava limanı toplayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26