Interposta.Info

Bakıya yağan qar yolları iflic etdi, sürücülər yolda qaldı -

Ölkə
 1-02-2017, 14:47     616

Bakıya yağan qar yolları iflic etdi, sürücülər yolda qaldı -
Paytaxt Bakıya yağan güclü qar bir sıra problemləri də özü ilə gətirib. Belə ki, üç gündür ki, qar yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Yolların buz bağlaması avtomobil qəzalarına da səbəb olub. Həmişəki kimi güclü qardan sonra paytaxtın mərkəzi prospektlərində yolların açılması üçün tədbirlər görülsə də, ara yollar yenə də yaddan çıxıb.

Qara Qarayev prospektinin ətrafında yerləşən küçələr bərbad durumdadır. Yolların həddindən artıq sürüşkən olması, nəqliyyatın hərəkətini iflic edib. Müşahidə zamanı onlarla avtomobilin yolda qaldığını gördük. Aramsız yağan qar nəticəsində yollarda buz qatı yaranıb ki, nəticədə avtomobillər sanki bu buzun üzərində rəqs edirlər. Onların köməyinə isə müvafiq qurumun əməkdaşları deyil, yaxın ətrafda yaşayan insanlar gəlir.
Danışan sürücülər bildirdilər ki, onlar qaydalara uyğun olaraq müvafiq tədbirləri alsalar da, yollardakı qarın çox olması səbəbindən bunun bir faydası olmayıb: “Küçədə buzun qalınlığı ən azı 5 santimetrdir. Təkərə zəncir belə qoşsaq, maşın yenə sürüşəcək. Buz o qədər qalındır ki... Prospektlərdə vəziyyət normaldır. Əsas problem ara yollardadır. Duz tökməsələr də, heç olmasa qum səpsinlər. Bunu da etmirlər. Xarici ölkələrdə qar yağmamış öncədən hazırlıqlar görürlər. Biz də isə əksinədir”./musavat.com

Daha ətraflı təqdim edəcəyimiz videodan izləyə bilərsiniz.


interposta.info


Bakıya yağan qar yolları iflic etdi, sürücülər yolda qaldı -
Bakıya yağan qar yolları iflic etdi, sürücülər yolda qaldı -
Bakıya yağan qar yolları iflic etdi, sürücülər yolda qaldı -
Bakıya yağan qar yolları iflic etdi, sürücülər yolda qaldı -
Bakıya yağan qar yolları iflic etdi, sürücülər yolda qaldı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26