Interposta.Info

Qandonduran mənzərə:

Ölkə
 27-01-2017, 10:13     789

Qandonduran mənzərə:

Brazilyada məhbuslar bir-birini yeyib.

Braziliya həbsxanalarında ilin əvvəlindən yaşanan zorakılıq hadisələrinə daha biri də əlavə olunub.

Ölkənin Natal kənindəki Alcacuz həbsxanasında yaşanan hadisədən sonra qorxulu fakt aşkarlanıb. Belə ki, hadisə zamanı çəkilən videoda məhkumların rəqib qrupun üzvünü öldürüb yediyi iddia olunur. Alcacuzda 10 gün öncə baş verən qiyam zamanı 26 məhkum ölüb, onlardan çoxusunun başı, bədəni kəsilmiş vəziyyətdə tapılıb.

Qeyd edək ki, Braziliya məhkumların sayı ən çox olan ölkələrdəndir. Ölkənin Ədliyyə Nazirliyi həbsxanalarda 600 mindən çox məhkumun saxlanıldığını açıqlayıb./AzVision.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26