Interposta.Info

Tovuzda 1100 manat oğurlayan şəxs tutuldu -

Ölkə
 23-01-2017, 07:42     668

 Tovuzda 1100 manat oğurlayan şəxs tutuldu -

Tovuzda evdən oğurluq edən şəxs saxlanılıb.

Xəzər xəbər-in məlumatına görə, Vahidli kənd sakini Nüsrət Abdullayev polisə müraciət edərək bildirib ki, yaşadığı evdən 1100 manat pul oğurlanıb. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxsin rayonun Abulbəyli kənd sakini, Vahidli kəndində kirayədə yaşayan 32 yaşlı Zakir Aşırov olduğu müəyyən edilib. O, tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26