Interposta.Info

Supermarketlər bizi necə tələyə salırlarlar? -

Ölkə
 19-01-2017, 10:57     601

Supermarketlər bizi necə tələyə salırlarlar? -
Başqa tərəfdən, supermarketlər xəyali olaraq dörd bərabər bölümə ayrılır. Müştərilər ən çox girişdən daxil olduqdan sonra birinci və ikinci bölümlərdə alış-veriş edirlər. Çıxışa doğru getdikcə alıcılıq qabiliyyəti azalır.
Bunun səbəbi psixolojidir. Belə ki, müştərilər supermarketə daxil olarkən cibləri dolu olur, özlərinə əminliklə alış-veriş edirlər. Lakin alış-veriş etdikcə pullarının azaldığını bilirlər və ona görə də getdikcə daha çox qənaət etməyə çalışırlar. Nəticədə, çıxışa yaxın bölümlərdə satışlar azalır. Buna görə də, şirkətlər satışlarını artırmaq üçün məhsullarını girişə yaxın bölümlərdəki rəflərdə, ilk 5 metrlik məsafəni keçdikdən sonra yerləşdirməyə çalışmalıdırlar.

Son zamanlar dəbə minən merçendayzinq termini marketlərin əsas devizidir. Bu satış nöqtələrində alıcıların diqqətini məhsula cəlb etmək üçün həyata keçirilən birbaşa tədbirlər toplusudur. Bu da məhsulun marketlərdə strateji nöqtələrdə yerləşdirilməsini, rəflərdə düzülüşünü, POS materiallardan istifadə edilməsini və digər tədbirləri özündə cəmləyir. Merçendayzinqin ən çox əhəmiyyət daşıyan hissələrindən biri də visual merçendayzinqdir. Araşdırmalar göstərir ki, müştərilərin 70%-i hansı məhsulu alacaqlarına market daxilində qərar verirlər. Bunun bir çox səbəbləri vardır. Ən başlıca səbəb də marketlərdə məhsulların çeşidlərinin bol olmasıdır. Məsələn, bəzən insan qiymətlərin münasib olmamasından deyil, qərar verə bilmədiyi səbəbdən marketdən əliboş çıxır.

Daha bir misal, supermarketlərdə minlərlə çeşiddə məhsul olur. Buna görə də, müştərilərin diqqətini çəkmək məhsulun satışı üçün həyati əhəmiyyət daşıyır. Bəs məhsullar hansı rəflərdə yerləşdirilsə, müştərilərin diqqətini daha çox cəlb edər? Rəflər əsasən, papaq, göz, əl və ayaq səviyyəsinə bölünür.

Papaq səviyyəsi – 1,70 m-dən yuxarı

Göz səviyyəsi – 1,20 -1,70 m

Əl səviyyəsi – 0,60 -1,20 m

Ayaq səviyyəsi – 0 – 0,60 m

Marketinq mütəxəssisləri deyir ki, məhsulu 0,60 m-lə 1.70 metr arasında yerləşdirməklə məhsulun satışının artımına rəvac vermək olar:

“Məhsulu ayaq səviyyəsindən əl səviyyəsinə qaldırmaq satışları 34%, əl səviyyəsindən göz səviyyəsinə qaldırmaq 64%, ayaq səviyyəsindən göz səviyyəsinə qaldırmaq isə 78% həcmində artırır”.

Yaxşı supermarketlərin merçendayzinq “oyununa” gəlməmək üçün nələri edə bilərik? Aşağıdakı qaydalar qismən kömək edə bilər:

Bazarlığa gedərkən, həmişə alacağınız məhsulların siyahısını hazırlayın. Bundan əvvəl isə soyuducuya və mətbəx mebelinin dolablarına baxın.

2.Qiymətləri müqayisə edin. Hər şeyi eyni supermarketdən almağa çalışın. Bu gün bir məhsulu alıb, digərini sabaha saxlamayın. Bu yanaşma planlaşdırılmamış xərclərə aparıb çıxarır.

3. Kənd təsərrüfatı yarmarkalarına gedin. Adətən onlar payız və yazda keçirilir. Lakin bu yarmarkalar kənd təsərrüfatı məhsullarını almaq üçün ən sərfəli bazardır.

4. İmpulsiv alış-verişdən çəkinin. Məsələn, sizin siyahınıza daxil olmayan, sadəcə endirimdə olduğu üçün diqqətinizi çəkən məhsulları almayın.

5. Uşaqları özünüzlə supermarketə aparmayın.

6. Endirim kartlarında istifadə edin.

7. Un, şəkər, duz, makaron və ədviyyata həmişə ehtiyac var. Üstəlik bu məhsullar gec xarab olurlar. O baxımdan pulunuz varsa, bu məhsullardan ehtiyat üçün də ala bilərsiniz.

8. Supermarketdə olarkən rəfin aşağısına baxın. Kommersiya qaydalarına əsasən adətən bahalı mallar rəfin yuxarısına, müştərinin gözü önünə düzülür. Ucuz mallar isə rəfin aşağısına qoyulur.

9. Cib telefonunuzu “avtopilot” rejiminə keçirin. Adətən biz alış-verişdə telefonla danışarkən, qarşımıza çıxan lazımlı-lazımsız məhsulları səbətə atırıq. Bəzən diqqətsizliyimiz səbəbindən istifadəsi yararsız məhsullar da səbətimizə düşür.

10. Hər hansı məhsulu alarkən istehsal markasına üstünlük verməyin. Adətən məşhur brendlərin qiyməti baha olur. Digər tərəfdən, tanınmış brend olmaq hələ yaxşı keyfiyyət və dad demək deyil.

11. Qablaşdırmaya elə də əhəmiyyət verməyin. Gözəl qablaşdırmada keyfiyyətsiz məhsul da olur.

12. Yarım fabrikat qidaları almayın. Onlar özünüz hazırladığınız qidalardan baha başa gəlir. Tənbəl olmayın.

13. Düşbərə, kotlet, küftə hazırlayıb dondurucu da saxlayın.

14. Doğranmış çörək və kolbasa məhsulları həmişə baha olur. Özünüz doğraya bilirsinizsə, bu məhsulları bütöv alın.

15. Şüşədə su almaqdansa, birdəfəlik təmizləyici filter alın.

16. Nəhayət hesab fakturaları saxlayın. Onlar sizə büdcənizi hesablamağa və proqnozlaşdırmağa imkan verəcək.

Sonda qeyd edək ki, 2016-cı ildə 2015-ci ilə nisbətən real ifadədə 2,1 faiz çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 0,8 faiz çox qeyri-ərzaq məhsulları satılıb. Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşüb. Əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 261,0 manat və ya 2015-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 36,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 130,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,7 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Göründüyü kimi rəqəmlər ildən ilə artır. Bu da əsasən ölkədə iri supermarketlərin sayının artması ilə birbaşa bağlıdır.(publika)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26