Bakıda beynəlxalq yükdaşıma xidmətinin

Bakıda beynəlxalq yükdaşıma xidmətinin Bakı ofisinin direktor müavini dələduzluq edib.
"Report"un xəbərinə görə, bu barədə "Tern Transport and Trading” MMC-nin direktoru Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Mübariz Süleymanov hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib.
M.Süleymanov qeyd edib ki, şirkətin direktor müavini vəzifəsində işləyən 1985-ci il təvəllüdlü Əziz Rahtarı 30 000 manat dəyərində olan 15 ədəd yük konteynerini mənimsəyib.
Qeyd edək ki, "Tern Transport and Trading” MMC beynəlxalq yükdaşıma xidməti ilə məşğuldur. Şirkət dünyanın 7 ölkəsində ofisi fəaliyyət göstərir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26