Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli məmuruna qarşı 170 min manatlıq dələduzluq edilib
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) vəzifəli məmuruna qarşı dələduzluq edilib.
“Report”un xəbərinə görə, BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov hüquq-mühafizə orqanlarına müraciət edərək iki nəfərin ona qarşı 170 min manatlıq dələduzluq etdiyini bildirib.
Məsələnin təfərrüatı açıqlanmır.
Hazırda fakt üzrə araşdırma aparılır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26