Interposta.Info

Silah tuta bilməyən əsgərimiz necə dəyişdi –

Ölkə
 18-01-2017, 15:03     850

Silah tuta bilməyən əsgərimiz necə dəyişdi –

Təxminən bir il əvvəl sosial şəbəkələrdə bir əsgərin silahdan atəş açarkən videosu paylaşılmışdı.

Axar.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə geniş müzakirə olundu. Bəziləri həmin gəncin fiziki qüsurlu olduğunu idda edirdi.

Həmin gənc əsgər Sərhəd Qoşunlarında xidmətini davam etdirərək, qısa müddət ərzində hərbi hissənin nümunəvi əsgərlərindən birinə çevrilib.

O, bu gün müxtəlif atıcı silahlardan peşəkarcasına istifadə etməklə yanaşı, xidmət zamanı dəfələrlə fərqlənib.

Təqdim etdiyimiz videoda sözügedən əsgərin hərbi xidmət müddətində necə dəyişdiyi əks olunub. Kadrlarda ilk vaxtlar avtomatdan atəş açmağa çətinlik çəkən əsgərin müxtəlif silahlarla peşəkar davranışının şahidi olacaqsınız.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26