Interposta.Info

.

Ölkə
 15-01-2017, 13:53     808

.

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc ictimai fəal Samir Pənəliyevin rəhbəri olduğu “Etika və ictimai davranış mədəniyyətinin təbliği” adlı layihə çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının "Şəhidlər Xiyabanı"ndakı qərargahında növbəti tədbir keçirilmişdir keçirilən tədbirdə Layihənin rəhbəri Samir Pənəliyev Azərbaycan gənclərinin cəmiyyətdəki rolundan danışıb.

Qeyd edib ki, dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan gənc nəsil hazırda cəmiyyətin avanqardına çevrilib. S.Pənəliyev interposta.info-a bildirib ki, Azərbaycanda gənclərin potensialının üzə çıxması üçün hər cür şərait var:

"Bu isə ilk növbədə onunla bağlıdır ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".
Layihənin eksperti, Jurnalist Araşdırmalarının Mərkəzinin sədri Seymur Verdizadə ". Lider TV və radio Azərbaycan MMC-nin Xəbər Departamentinin Sosial və Mədəniyyət redaksiyasının rəhbəri Elnur Niftəliyev . Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, ,Azərbaycan Respublikasının Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev, Müvəkkil Hüquq Mərkəzinin Sədr müavini Mobil Vəkiloğlu . "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai birliyinin sədri və QHT.az - Vətəndaş Cəmiyyəti Şəbəkəsinin Baş redaktoru Cəsarət Hüseynzadə,”Azerconnect MMC əməkdaşı Vüsal Alıyev
gənclərin fərdi layihələrin icrasına marağının artmasını müsbət hal kimi qiymətləndiriblər. Natiqlər bildiriblərki yeniyetmə və gənclərimiz arasında ictimai davranış qaydalarının təbliğ olunması zamanın tələbidir: "Cəmiyyət akvarium deyil. Yaşından, peşəsindən asılı olmayaraq, hər bir vətəndaş cəmiyyətin bir parçası olduğu üçün etik normalara və ictimai davranış qaydalarına əməl etməlidir. Unutmaq olmaz ki, başqasının azadlığı başladığı yerdə bizim azadlığımız bitir. Yeniyetmə və gənclərimiz cəmiyyətdə sağlam mövqe tutmaq istəyirlərsə, etik qaydalara riayət etməli, özlərinin mədəni səviyyələrini artırmağın qeydinə qalmalıdırlar Natiqlər gəncləri bilik və savadlarını artırmaq üçün muzey və kitabxanaları aktiv ziyarət etməyə, etik mədəniyyətlə multikultural əlaqələrin inkişafına töhfə verməyə dəvət etdilər Gənclərimizi milli ideologiya ilə silahlanmağa, xalqımızın tarixini, ədəbiyyatını, incəsənətini dərindən öyrənməyə səsləyiblər .

Son olaraq layihə rəhbəri Samir Pənəliyev layihəyə maliyyə dəstəyi ayırdığı üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna öz təşəkkürünü bildirib Tədbirin sonunda iştirakçılara diplomlar təqdim edildi.

interposta.info
.
..

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26