Interposta.Info

ANS-dən cinayət işi ilə bağlı —

Ölkə
 9-01-2017, 13:11     509

ANS-dən cinayət işi ilə bağlı —
ANS Şirkətlər Qrupu rəhbərlik barəsində cinayət işinin açılması məsələsinə münasibət bildirib.

Ölkə.Az istipress-ə istinadən xəbər verir ki, bu barədə Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov açıqlama verib.

O bildirib ki, ANS-in vəzifəli və rəhbər şəxsləri barədə cinayət işi açılmayıb və onların ölkəyə giriş-çıxışına heç bir məhdudiyyət yoxdur.

Mais Məmmədov bildirib ki, prokurorluq orqanları ilə bir daha əlaqə saxlanılıb və onlar həqiqətən də ANS-in vəzifəli şəxsləri barədə cinayət işinin olmadığını təsdiqləyiblər.

M.Məmmədov bu mövzuda məlumat yayan mənbələri belə həssas məsələlərdə ehtiyatlı olmağa, hər hansı spekulyasiyaya yol verməməyə çağırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26