Interposta.Info

Ermənistanın Dövlət Nəzarət Xidmətinin vəzifəli şəxsləri saxlanılıb

Dünya
 26-02-2019, 09:00     10 365

Ermənistanın Dövlət Nəzarət Xidmətinin 4 vəzifəli şəxsi Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, saxlanılanlar arasında xidmətin iki idarəsinin rəhbərləri - Adyan qardaşları da var.

Daha əvvəl "Analitik.am" portalı bildirib ki, Milli Təhlükəsizlik Xidməti Dövlət Nəzarət Xidmətinin rəhbəri David Sanasaryana və xidmətin iki idarəsinin rəhbərinə qarşı cinayət işinin qaldırılması üçün materiallar hazırlayır.

Qeyd edək ki, Ermənistanın dövlət qurumlarında aparılan ixtisarlardan sonra azı 100 məmur işsiz qalacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26