Interposta.Info

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru ailəsini ölkədən çıxarıb

Dünya
 28-09-2018, 12:33     10 364

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ailəsini və uşaqlarını bir neçə aydır ölkədən çıxarıb.

“Report” xəbər verir ki, məlumatı Ermənistanda çıxan “İrates” qəzeti yayıb.

Bildirilib ki, məlum telefon danışığının gizli şəkildə yazılışı aşkarlandıqdan sonra Artur Vanetsyan ailəsi ilə bağlı təhlükəsizlik porbleminin yarandığını bəyan etmişdi.

Qəzetin yazdığına görə, direktor təhlükəsizlik baxımından hökumətin bağ evinə köçüb: “Artur Vanetsyan dar çərçivədə yaranmış vəziyyətdən narahat olduğunu gizlətməyib. O, ağır işi çiyninə götürdüyünü, bunun özünə və yaxın ətrafına başağrısı olacağını söyləyib”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26