Interposta.Info

Paşinyan məndən Romada rüşvət istədi – Şok

Dünya
 4-05-2020, 14:13     447

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanla 2019-cu ilin fevralında məhz onun təşəbbüsüylə Romada görüşmüşəm.

Bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Vatikan, Malta ordeni və Portuqaliyadakı keçmiş səfiri, eks-prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan paylaşıb.

“Əgər xatırlayırsınızsa, Artur Vanetsyan bu görüş haqqında bəhs edərkən, onun Paşinyanın tapşırığı əsasında olduğunu demişdi. Beləliklə, Vanetsyan mənə zəng etdi. Yeri gəlmişkən, mən onu yaxşı tanıyırdım, amma biz heç vaxt dost və yaxın olmamışıq. Vanetsyan zəng edib dedi ki, Romada olduğunu bilirəm. Mən o zaman artıq iki-üç ay idi ki, səfir deyildim, amma Romada yaşayırdım. O görüşmək istədiyini dedi, mən isə niyə görüşmək istədiyini soruşdum. O, Paşinyandan mesaj gətirdiyini bildirdi. Biz Romada “De Russie” otelindəki kafedə görüşdük. O özünü təqdim etdi və Milli Təhlükəsizlik Xidmətinin direktoru olduğunu və Nikol Paşinyanın adından danışdığını dedi”, – o bildirib.

Vanetsyan deyib ki, Paşinyan ondan hansısa fond və ya dövlət fonduna konkret bir məbləğ ödəməsini və daha sonra Ermənistana heç vaxt, ya da ən azından bir neçə il gəlməməsini istəyir.

Minasyanın sözlərinə görə, Paşinyan ondan hakimiyyətə qarşı mübarizəsini dayandırmasını da tələb edib.

Sərkisyanın kürəkəni bunun qarşılığında ona qarşı bütün cinayət işlərinin sonlandırılacağı vədinin verildiyini deyib.

Minasyan Paşinyanın təklifindən imtina etdiyini bildirib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26