Interposta.Info

Əliyevin Moskva müşavirəsi:

Ölkə
 7-01-2017, 12:24     915

Əliyevin Moskva müşavirəsi:
Millət vəkili Aydın Mirzəzadə Heydər Əliyevlə bağlı maraqlı bir xatirəni paylaşıb.

Ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Sovetinin birinci vitse-premyeri olduğu dönəmlə bağlı xatirəni olduğu kimi təqdim edir:

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrdə (1982-1987-ci illər) Moskvada yol-nəqliyyat tikintisinə dair ümumittifaq müşavirəsi keçirir. Müşavirədə o zaman “Azərnəqliyyattikinti” trestinin rəisi işləyən Abid Şərifov da iştirak edirmiş (hazırda Azərbaycan Respublikası Baş nazirinin müavini).

Abid müəllim müşavirə bitəndə Heydər Əliyevi salamlamaq üçün onun keçəcəyi koridorda durur. Heydər Əliyev keçəndə onu görüb dayanır və Azərbaycandakı vəziyyəti soruşur. Sonra isə yanında dayanan SSRİ nəqliyyat tikintisi nazirini göstərərək soruşur:

- O sizə kömək edirmi? (Bütün söhbət rus dilində gedir)

- Bəli, çox kömək edir.

- Çox yaxşı, yaxşı ki, respublikalarla maraqlanır.

Bununla da söhbət bitir və Abid müəllim mehmanxanaya qayıdır. Bir saat keçməmiş bir nəfər gəlir və SSRİ nazirinin onu çağırdığını deyir.

Abid Şərifov nazirliyə tələsir və onu birbaşa nazirin kabinetinə dəvət edirlər. Abid Şərifov içəri daxil olanda nazir ayağa qalxır və kabinetin ortasında onunla əl verib görüşərək soruşur:

- Sən niyə məni Heydər Əliyevə təriflədin, axı mən çoxdandır Azərbaycanla maraqlamamışam.

- Siz hamıya kömək edirsiniz, o köməkdən bizə də çatır.

Nazir gülüməsyir və onu oturmağa dəvət edir, sonra selektorda kiminsə düyməsini basaraq deyir:

- Azərbaycandan trest rəisi gələcək, nə istəsə, verərsiniz. Ümumiyyətlə, Azərbaycanı diqqətdə saxlayın./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26