Interposta.Info

32 yaşında prorektor oldu

Müxtəlif
 16-04-2026, 18:55     132


32 yaşlı Nigar Adilova ADNSU-da Beynəlxalq əlaqələr üzrə prorektor təyin edilib.

Goldmedia.az "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr verib.

Təhsilin bütün pillələrini ADNSU-da tamamlayan Nigar Adilova universitetin ən gənc prorektorudur. O, 2015-ci ildən ADNSU-da işləməyə başlayıb. 2017–2023-cü illərdə ADNSU ilə ABŞ-nin Corciya Dövlət Universiteti arasında birgə əməkdaşlıq nəticəsində açılmış MBA Proqramında tyutor, tədris texnologiyaları üzrə işçi vəzifələrində fəaliyyət göstərib. 2018-ci ildən indiyədək MBA Proqramında müəllim olaraq çalışır. 2023-cü ildən indiyədək həmin proqramın direktor müavini vəzifəsində işləyir.

Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26