Interposta.Info

Xarici universitetlərdə təhsil haqqı -

Müxtəlif
 27-03-2017, 10:54     837

Azərbaycan valideynləri üçün əlçatmaz təhsil haqları haqda faktlar...

İndi valideynlərin ən böyük arzusu uşaqlarını xarici universitetlərdə oxutdurmaqdır. Çünki övladının gələcəyini qurmağın ən ideal yollarından biri ona səviyyəli ali təhsil verməkdir. Amma dövlət hesabına xaricdə ali təhsil almaq... variantı sıradan çıxdığı üçün insanlar öz hesabına bu məsələni həll etmək istəyirlər. Bəs mümkündürmü? Qiymətlər hansı həddədir? Övladınızın yolunu xaricə salmaq istəyirsizsə, əlinizdə nə qədər kapital olmalıdır?

Milyonersizsə, burda oxuya bilərsiz...

Böyük Britaniyanın aparıcı investisiya şirkəti Skandia imkanlı britaniyalılar arasında onların təhsil aldıqları yer mövzusunda tədqiqat aparıb. Məqsəd hansı təhsil müəssisəsinin gələcəyin milyonçularını yetişdirdiyini öyrənmək olub.
Beləliklə, milyonerlərin təhsil ocaqlarından biri olan London Universitetində (University of London) təxminən 120 min tələbə təhsil alır. Universitet bir çox şöbələrdən ibarətdir və tərkibində 19 kollec və 10 ixtisaslaşmış tədqiqat institutunu birləşdirir. London Universitetinin məşhur məzunları arasında ABŞ-da milyardlar qazanmamışdan qabaq London Universitetinin London School of Economics şöbəsində təhsil almış Corc Sorosu qeyd etmək olar.

Digər bir milyonçu, yazıçı Ken Follet də bu təhsil müəssisəsinin fəlsəfə fakültəsində oxuyub. Eləcə də, “The Rolling Stones”un solisti Mik Caqqeri qeyd etməliyik.

Məşhur ali məktəb britaniyalılardan başqa, xarici tələbələri də özünə cəlb edir ki, bu da onu Böyük Britaniyanın ən nüfuzlu universitetləri arasında liderə çevirir. Həm də London Universiteti ən varlı tələbələrin oxuduğu ali məktəblər arasında ikinci yerdədir.

Milyonçuların ikinci təhsil ocağı kimi Oksfordun (Oxford University) adını çəkirlər. Tələbələrin bu ali məktəbin hansı istiqamətini seçməsindən asılı olmayaraq, hər şey onlara uğur vəd edir. Hansı fəaliyyət sahəsinin seçilməsindən asılı olmayaraq, Oksford Universitetinin məzunlarının əksəriyyəti müvəffəqiyyət əldə edir.

Sübut olaraq onu qeyd edə bilərik ki, bu ali məktəbin məzunlarının 8%-i Britaniya milyonçularına çevrilib. Oksfordda bir çox məşhur siyasətçilər, yazıçılar, biznesmenlər, ictimai xadimlər təhsil alıb, onların arasında dahi mütəfəkkirlər, alimlər və iş adamları var. Aktyor Hyu Qrant isə 1979-cu ildə ingilis ədəbiyyatı üzrə təhsil almaq üçün aldığı qrant sayəsində Oksfordda oxumaq imkanı əldə etmişdir.

Bunlardan başqa, Oksfordun məzunları arasında ABŞ-ın keçmiş prezidenti Bill Klinton və milyarder Net Rotşild də var.
Sorğuda iştirak edən milyonçuların 5,5%-i məhz Kembric Universitetinin (Cambridge University) divarları arasında təhsil almışdır. Bütün sərvətini “Me and my girl” müzikli sayəsində toplamış Stiven Fray də Kembricin məzunlarındandır. Bundan əlavə, məhz bu təhsil müəssisəsindən 88 Nobel mükafatı laureatı çıxmışdır.

Sorğusu alınmış milyonçuların 4%-i vaxtilə Leeds Universitetinin (University of Leeds) bitiriblər. “Dire Straits” rok-qrupun vokalisti, gitaraçısı və mahnılarının müəllifi Mark Noplfer də bu universitetdə təhsil almışdır. Deyilənə görə, bu təhsil ocağında Britaniyanın ən kasıb tələbələri təhsil alır.

40 min nəfərin təhsil aldığı Mançester Universiteti (University of Manchester) 3,5% milyonçu üçün “mərhəmətli ana” (Alma mater) olmuşdur.

Sent-Endryus Universiteti Şotlandiyanın ən qocaman ali məktəblərindən hesab olunur. O, Mançester Universiteti ilə beşinci yeri bölüşür.

Sorğuda iştirak edən milyonçuların 2,7%-i isə Birminhem Universitetində oxumuşdur. Onun məşhur məzunları arasında “Manchester United” futbol klubunun icraçı direktoru və Futbol Assosiasiyasının Direktorlar Şurasının üzvü Devid Qilldir.
Bristol Universiteti (Bristol University) 2,3 %-lik milyonçu ilə fəxr edə bilər. Milyonçuların 2,3%-i - Edinburq Universiteti (University of Edinburgh), 2%-i isə Birminhemdəki Aston Universitetinin (Aston University) payına düşür.
Siyahılar tərtib edilir, amma tez-tez dəyişir...

Amma bir universitetdə milyonçuların oxuması onun ən yaxşı universitet olması anlamına gəlmir. Dünyanın ən yaxşı universitetləri ilə bağlı bir neçə siyahı var.

Çinin Şanxay Universitetinin Araşdırma Mərkəzi dünyanın ən yaxşı universitetlərinin ənənəvi illik siyahısını açıqlayıb. Fins.aj-ın xarici mətbuata istinadən məlumatına görə, 500 ali məktəbin yer aldığı siyahıda əsas yeri ABŞ və Avropa universitetləri tutur. Ən yaxşı 5 universitetdən 4-ü ABŞ-da yerləşir. Universitetlərin ilk 10-luğu belədir:


1. Harvard Universiteti (ABŞ)
2. Stenford Universiteti (ABŞ)
3. Massaçuset Texnologiya Universiteti (ABŞ)
4. Berkli Kaliforniya Universiteti (ABŞ)
5. Kembric Universiteti (Böyük Britaniya)
6. Priston Universiteti (ABŞ)
7. Kaliforniya Texnologiya Universiteti (ABŞ)
8. Kolumbiya Universiteti (ABŞ)
9. Çikaqo Universiteti (ABŞ)
10. Oksford Universiteti (Böyük Britaniya)

Qeyd edək ki, universitetlərin siyahısı 6 göstəriciyə əsasən tərtib edilib. Bura universitet məzunlarının və ya əməkdaşlarının Nobel və Fild mükafatı qazanmalarını, daha çox sitat gətirilən əməkdaşların sayını, dərc olunun məqalələrin sayını və universitetin məzunlarının ölkə əhalisinə nəzərən sayı aiddir.

Qeyd edək ki, dünyanın ən yaxşı 500 universiteti arasında Azərbaycan universitetləri yoxdur. Yaxın ölkələrə gəlincə, siyahıda 86-cı yeri Lomonosov adına Moskva Dövlət Universiteti, 333-cü yeri Sankt-Peterburq Dövlət Universiteti, 424-cü yeri isə İstanbul Universiteti tutur.

Dollarlar “havada uçuşur”

Bahalı universitetlərin siyahısı isə aşağı-yuxarı eynidir. Təhsil haqqı üzrə ən bahalı universitetlər reytinqində ilk yeri nə Massaçusets Texnoloji Universiteti, nə Harvad, nə də Yel Universitetləri tutur.

Çİkaqo Universiteti, $ 57711

-Bu universitet 1890-cı ildə Baptist təhsil cəmiyyəti tərəfindən təsis olunmuşdu.

Universitetə ilk ən böyük ianə 1891-ci ildə Con Rokfeller tərəfindən olunmuşdu.

Universitetin laboratoriyasında ilk dəfə özünü təmin edən nüvə reaksiyası keçirilmişdir.

Ali təhsil müəssisəsinin məzunları arasında 87 Nobel mükafatı laureatları var.

Con Hopkİns Universiteti, $ 57820

Con Xopkins universiteti Baltimorda yerləşən özəl elmi tədqiqat mərkəzidir. Bu universitet 1876-cı ildə məşhur sahibkar Con Xopkinsin vəfatından sonra təsis olunmuşdu. Həmin sahibkar təhsil müəssisəsinin yaradılmasına 7 milyon dollar vəsiyyət etmişdi. 31 il ərzində bu universitet tibbi və mühəndislik işlərinə xərclər üzrə dünyada birinci yeri tutur.

Parsonun Yeni dizayn məktəbi, $ 57910

Parsonun yeni dizayn məktəbi (Parsons The New School for Design) - Nyu-Yorkda özəl incəsənət və dizayn kollecidir. Bu təhsil müəssisəsinin əsası 1896-cı ildə impressionist rəssam Uilyam Merriitom Çeyz tərəfindən qoyulmuşdu. Kollecin dəfələrlə adı dəyişmişdi: Nyu-York incəsənət məktəbi, gözəl və tətbiqi incəsənət Nyu-York məktəbi. 1970-ci ildə bu kollec sosial tədqiqatlar üzrə Yeni məktəbin bir hissəsi olur.

Dartmut Kolleci, $57996

Dartmurt Kolleci Nyu- Hempşirdə yerləşən özəl universitetdir. Yeleazar Uilok 1796-cı ildə bu universiteti təsis etmişdi.
Dartmurt Kollecinin məzunları arasında üç Nobel mükafatı laureatları var.

Klermont Makkeninin Kolleci $58065

Klermont Makkeninin Kolleci Kaliforniyada, Klermont şəhərində yerləşən özəl humanitar kollecidir. Bu təhsil müəssisəsi 1946-cı ildə yalnız kişi cinsindən olan tələbələr üçün nəzərdə tutularaq yaradılmışdır. 1976-cı ildən etibarən kollec qadın tələbələrini qəbul etməyə başlayır. 1981-ci ildə kollec Donald Makkenin (qəyyumlar ittifaqının banisi olmuşdur) adını götürür.

Uels Universiteti, $ 58502

Uels Universiteti Midlton şəhərində yerləşən özəl humanitar kollecdir. Təhsil müəssisəsi metodizminin banisi Con Ueslinin şərəfinə adlandırılmışdır. Universitet onun məzunlarının əksəriyyətinin elmlər namizədi dərəcəsini almaqları ilə fəxr edə bilər.

Kolumbiya Universiteti, $58742

Bu universitetinin bütöv adı Nyu- York- Sitidə Kolumbiya universitetidir. Lakin bu universiteti adətən Kolumbiya universiteti adlandırırlar. Bu universitet müharibədən öncə 1754-cü ildə Kra kolleci kimi yaradılmışdır. 1784-cü ildə bu təhsil müəssisənin adı Kolumbiya universiteti olaraq dəyişdirilmişdi. Bu universitetin məzunları arasında 98 Nobel mükafatı laureatları və 29 dövlət başçıları var.

Harvi Mad Kolleci $58913

Harvi Mad Kolleci 1955-ci ildə təsis olunmuş özəl humanitar elmlər kollecidir. Bu universitet Harvi Mad sahibkarının ailəsinin və dostlarının vəsaitləri sayəsində yaradılmışdır. Universitet Klermontda, Kaliforniyada yerləşir.

Nyu-York Universiteti, $59337

Nyu-York Universiteti Nyu-York şəhərinin aşağı rayonu Manhettendə, Qrinviç- Villicdə təsis olunmuş özəl tədqiqat mərkəzidir. 1831-ci ildə yaradılan bu universitet ilkin olaraq Nyu-York şəhərinin universiteti kimi adlandırılmışdı, lakin 1896-cı ildə rəsmi olaraq Nyu-York Universiteti adlandırılmışdı. Universitetin məzunları arasında 36 Nobel mükafatı laureatları var.

Sara Lourens Universiteti, $61236

Sara Lourens kolleci Nyu-York ştatında, Yonkersdə yerləşir. Əczaçılıq fabrikinin sahibi Uilyam van Duzer Lourens 1926-cı ildə universiteti təsis etmiş və onu öz həyat yoldaşı Saranın şərəfinə adlandırmışdı. Bu təhsil müəssisəsi öz yüksək akademik standartları ilə məşhurdur

Siyahıda digər universitetlər də var. Pensilvaniyada yerləşən Baknell Universiteti. Təhsil haqqı 38,134 dollar.


Oqayoda yerləşən Kanon Kolleci. Təhsil haqqı 38,140 dollar.

Nyu-Yorkdakı Vassar Kolleci. Burda təhsil almaq üçün 38,115 dollar xərcləməlisiniz.

Sar Lo Kollecində isə təhsil üçün siz 38,090 dollar ödəməlisiniz.

Lakin belə bahalı universitetlərdə maliyyə cəhətdən də güzəştlər edilir. Corc Vaşinqton Universitetində orta ödəniş 23,466 dollar təşkil edir. Universitet rəhbəri bildirir ki, gələcək zamanda universitetin təhsil haqqında azalmağa doğru dəyişiklik ediləcək.

Bir illik təhsil haqqı - bir evin qiyməti qədər...

Dediyimiz kimi, siyahılar bir-birindən fərqlənir. Məsələn, bu ilin martında açıqlanan başqa bir siyahıda isə fərqli bir universitet liderliyi qoruyub.

Siyahının ilk pilləsində Çikaqo Universiteti qərarlaşıb. 1890-cı ildə neft maqnatı və xeyriyyəçi Con Rokfeller tərəfindən yaradılan universitetdə hazırda illik təhsil haqqı 57 min 711 dollar təşkil edir.

Çikaqo Universitetində təhsil alan tələbələrin 60 faizi universitet şəhərciyinin ərazisində yaşayır. Burda 38 tələbə yataqxanası var. Aspirant və magistrların qalması üçün şəhərcikdə 28 bina ayrılıb. Şəhərcik ərazisində “Renold’s Club” adlanan tələbə mərkəzi, muzeylər, teatrlar, restoranlar, ticarət və əyləncə mərkəzləri, idman kompleksləri, bağlar, parklar yerləşir.
Yeri gəlmişkən, universitetin 85 məzunu Nobel mükafatına layiq görülüb.

Siyahıda ikinci pillədə isə ABŞ-ın Corc Vaşinqton Universiteti qərarlaşıb. 1853-cü ildə təsis olunmuş universitetdə illik təhsil haqqı 39 min 240 dollar təşkil edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26