Interposta.Info

Azərbaycanda insanlar ən çox bu yaşda ölürlər

Müxtəlif
 23-02-2026, 15:04     27 033

2025-ci ildə Azərbaycanda 59834 ölüm halı qeydə alınıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, ötən il qeydə alınmış ölüm sayı 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə 5,8 olub. Bu göstərici dəyişməyərək eyni səviyyədə qalıb.

Rəsmi statistikaya görə, ölənlərin 2292 nəfəri (3,8 faizi) 0-17 yaşda, 5839 nəfəri (9,8 faizi) 18-49 yaşda, 14230 nəfəri (23,8 faizi) 50-64 yaşda, 37473 nəfəri (62,6 faizi) isə 65 və yuxarı yaşda olub.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26