Interposta.Info

Bağça müdiri vəzifəsi üzrə müsaibələrə start verildi

Müxtəlif
 Dünən, 20:22     10 455

Aprelin 22-dən 25-dək keçiriləcək müsahibə mərhələsində namizədlərin ünsiyyət və təqdimat bacarıqları, liderlik və idarəetmə keyfiyyətləri, eləcə də məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi qiymətləndiriləcək.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "İnterPosta"ya məlumat verilib.

Qeyd edilib ki, Müsahibələrin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Xatırladaq ki, test imtahanı mərhələsini uğurla tamamlayan 214 namizəd müsahibədə iştirak hüququ qazanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26