Interposta.Info

Sabunçuda bərbad bağça və ya

Ölkə
 10-02-2017, 17:40     1 031

Sabunçuda bərbad bağça və ya
Binaya, onun şəraitinə, otaqlarına baxıb, "Burada uşaq tərbiyə edilir" demək olmur. Adam utanır, buranı belə durumda saxlayanların yerinə biz utanırıq.

Söhbət Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli sovxozun ərazisində yerləşən uşaq bağçasından gedir. Bu bağça yararsız durumdadır. Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan 283 saylı körpələr və uşaq evi 1957-ci ildə inşa edilib və həmin gündən bu zamana qədər bir dəfə də olsun, təmir edilməyib.

Bu bağça haqqında 2015-ci ilin noyabr ayında yazmışdıq. Valideynlər redaksiyamıza müraciət edərək bağçanın bərbad durumu haqqında məlumat vermişdilər, elə o məlumat əsasında bağçaya da yollanmışdıq. Bağça müdiri qapıları üzümüzə qapadıb, içərini, otaqları, görməyimizə mane olsa da, vəziyyəti bayırdan da görmək olurdu.

Həmin məqalədən sonra bağçanın təmir ediləcəyini, şəraitinin yaxşılaşdırılacağını düşünmüşdük, amma olmadı. Üzərindən 1 ildən çox vaxt keçsə də, burada heç nə dəyişməyib, köhnə hamam, köhnə tas... Uşaq bağçası Südçülük və Tərəvəzçilik sovxozunun ərazisindədir. 7 mindən çox sakini olan qəsəbənin uşaqları bu bağçaya gedir. 1 əsrə yaxın yaşı olan bağça elə bir haldadır ki, burada hər an qəza baş verə bilər.

Ötən reportajımızda bağça müdirəsi Xırdaxanım xanım bizi içəri buraxmasa da, biz bağçanın daxilində olan durumu yenə də çəkə bildik. Fotolardan da göründüyü kimi, bura bağçadan çox, atılmış xarabalığa bənzəyir.

Belə bir şəraitdə fəaliyyət göstərən bağçada utanmadan uşaqların rısqına da göz dikənlər var. Belə ki, dövlət tərəfindən bağçaya ayrılan ərzaqlar müdirə tərəfindən evə daşınır. Hətta iş o yerə çatıb ki, uşaqların çoxuna normal yemək çatmadığı üçün ac qalırlar.

Valideynlərdən birinin sözlərinə görə, uşağını götürmək üçün bağçaya gedəndə övladı ilk olaraq ondan çörək istəyib: "Oğlum mənə dedi ki, "Ana, çox acam. Mənə çörək ver". İndi görün bunlar nə qədər acımasızdırlar. Uşaqları ac saxlayırlar. Təki ərzaqları evlərinə daşısınlar, satıb pul qazansınlar. Uşaqların hər birindən aylıq 5 manat istəyirlər. Bu bərbad bağçaya 80 manat almadan uşaq götürmürlər. Uşaqlara supdan başqa heç bir yemək verilmir. Bağça müdirəsi buraya gələn ərzağı oğlunun maşını ilə daşıyır, evinə..."

Valideynlərin iki istəyi var: "Övladımızın təhlükəsiz və normal şəraitdə bağçada qalması üçün oranın təmir edilməsi lazımdır. Həmçinin uşaqların boğazından kəsilən yeməkləri geri versinlər. Övladlarımız ac qalırlar. Bu bağçanın normal hala düşməsi bizə həm də maddi cəhətdən böyük köməkdir. Taksi tutub, uşaqları başqa yerlərdə olan bağçalara aparmaq məcburiyyətindən qurtularıq".

Uçulan divarlar, çökmüş tavan, aralanmış döşəmə, sağa-sola qaçan siçovullar, kif iyi verən yataqlar və s... Belə bir bağça nə qədər fəaliyyət göstərə bilər?

Bu suala ən dəqiq cavabı Bakı şəhər İcra Hakimiyyəti verə bilərdi. Amma cavabı almaq üçün BŞİH ilə danışmaq mümkün olmadı. İş günü və iş saatı olsa da, telefonun dəstəyini qaldıran olmadı.

interposta.info
Sabunçuda bərbad bağça və ya
Sabunçuda bərbad bağça və ya
Sabunçuda bərbad bağça və ya
Sabunçuda bərbad bağça və ya
Sabunçuda bərbad bağça və ya
Sabunçuda bərbad bağça və ya
Sabunçuda bərbad bağça və ya
Sabunçuda bərbad bağça və ya
Sabunçuda bərbad bağça və ya

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26