Interposta.Info

Bakıda avtobus piyadanı vuraraq öldürdü

Müxtəlif
 21-02-2025, 10:03     65 069

Bakıda marşrut avtobusu ağır qəza törədib.

"İnterPosta" xəbər verir ki, 1961-ci il təvəllüdlü İlqar Əliyev "Daewoo” markalı 76 saylı xətt marşrut avtobusu ilə Suraxanı rayonu Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsində piyadanı vurub.

Nəticədə yolu keçmək istəyən piyada 1973-cü il təvəllüdlü Xibabayev Zahid Qədim oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26