2300 il imperatorlarını qoruyan yerin altında gizlədilən “ölülər ordusu”: dünyanın ən sirli məkanından EKSKLÜZİV Reportaj

AzTV Xəbər komandası UNESCO-nun mədəni irsi siyahısına daxil olan Terrakota Ordusu Muzeyində çəkiliş edib.
Müxbirimiz bu gizli ordu haqqında ətraflı məlumat öyrənərək izləyicilərə çatdırıb.
Arxeoloji qazıntılar nəticəsində Terrakota ordusunun e.ə 259-210-cu illərdə yaşamış ilk Çin imperatoru Sin Şi Xuandiyə aid olduğu aşkarlanıb.
Qədim Çin adətinə görə dünyasını dəyişən imperatorun yaxınları ilə yanaşı onun ən yaxşı 4 min əsgəri də basdırılmalı idi.
Lakin imperatorun məsləhətçiləri onu razı salırlar ki, basdırılan ordu onun əsgərlərinə bənzəsə də gildən olsun.
O, taxta gəldikdən sonra gildən ordunun yaradılmasını əmr edib. Bunun səbəbi isə bu ordunun onu axirətdə qoruması idi.
İmperatorun istəyi ilə gizli saxlanılan bu məzarlıq 36 ilə ərsəyə gəlib.
Ətraflı keçiddə:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26