Interposta.Info

Bakıda köhnə avtobusların aqibəti necə olacaq? (VİDEO)

Müxtəlif
 15-04-2024, 10:03     22 295

Yaxın gələcəkdə Bakıda köhnə avtomobillərin taksi kimi fəaliyyətinə icazə verilməyəcək. Bəs köhnə avtobuslarla bağlı vəziyyət necə olacaq? Tutumu az, oturacaqları sınıq-sökük, kondisioneri yox... Söhbət Bakı, Bakıətrafı kənd və qəsəbələrə işləyən köhnə avtobuslardan gedir.

Belə avtobusların bəziləri istismara məhdud yararlıdır, çoxunun isə artıq istismar müddətini başa vurmaqda olduğu bildirilir. Bu avtobusları idarə edən sürücülər heç özləri də neçənci ilin nəqliyyat vasitəsini idarə etdiklərini bilmirlər.

Paytaxt sakinləri də köhnə avtobusların yeniləri ilə əvəzlənməsini istəyirlər. Bəzi sərnişinlər ümumiyyətlə, belə avtobuslara minmədiklərini deyir.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev "Xəzər Xəbər"ə qeyd edib ki, marşrut avtobusları ilə bağlı bölgələrdə vəziyyət ümumiyyətlə qaneedici deyil.
Ekspertin sözlərinə görə, taksilərə tətbiq olunan yeni qaydaları avtobuslara da tətbiq etmək lazımdır.

Ətraflı süjetdə:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26