Interposta.Info

Almaniyada yeni növ pivə yaradıldı - Ağcaqayın sehri

Müxtəlif
 8-04-2024, 10:28     73 253


Almaniyanln Leypsiq şəhərinin sakini Sebastian Riker ağcaqayın şirəsindən istifadə edərək pivə yaradıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" yazıb.

Nəşr qeyd edir ki, 32 yaşlı Almaniya sakini uzun illərdir pivə reseptləri üzərində işləyir. 2024-cü ilin yazında o, Saksoniyadakı bir meşədən 130 litr ağcaqayın şirəsi toplayıb və bu, yeni "Birkenzauber" (Ağcaqayın sehri) növünün əsas tərkib hissəsi olub.

Pivə istehsalçısı iddia edir ki, içki qarğıdalı, üzüm və sitrus notları ilə bir az şirin olub. Ümumilikdə Riker 6,5% spirt olan 600 litr "Birkenzauber" hazırlayıb. Nəşr bildirir ki, ağcaqayın şirəsi ilə hazırlanan pivənin aprelin ortalarında satışa çıxarılacağı gözlənilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26