Interposta.Info

İran Nizamiyə iddiasından əl çəkmir (VİDEO)

Müxtəlif
 12-03-2024, 23:13     26 930

İran dahi Azərbaycan şairi Nizami Gəncəvini özününküləşdirmək, yaxud öz təbirləri ilə desək, müsadirə etmək cəhdlərindən əl çəkmir. Azərbaycanda dövlət başçısının sərəncamı əsasında Nizaminin 880 illiyinin "Nizami İli” çərçivəsində təntənəli şəkildə qeyd olunduğu vaxtdan xüsusilə güclənən bu cəhdlər cari ildə də davam etdirilib.

Rəsmi qərara əsasən, İran təqvimi ilə isfənd ayının 21-i bu ölkədə "Nizami Günü” kimi qeyd olunur və miladi təqvimlə martın 11-ə təsadüf edən həmin gün ərəfəsində İranda bir həftə ərzində şairin şəxsiyyəti və yaradıcılığına həsr olunmuş müxtəlif elmi və mədəni tədbirlər keçirilib.

Lakin bir çox çıxış və yazılarda artıq həmin gün "Beynəlxalq Nizami Günü” kimi təqdim olunmağa başlayıb ki, bu da Tehranın sözügedən tarixin tədricən beynəlxalq səviyyədə qeyd edilməsinə nail olmaq və Nizamini dünya ictimaiyyətinə İran şairi kimi tanıtmaq planlarından xəbər verir.

Daha ətraflı "Azad İran”nın süjetində:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26