Interposta.Info

Xırdalana niyə metro çəkilməyəcək? (RƏSMİ AÇIQLAMA)

Müxtəlif
 16-01-2024, 11:39     22 147

"Bakı metrosunun Xırdalan şəhərinə qədər olan istiqamətində metro stansiyasının inşası nəzərdə tutulmur”.

"İnterPosta" Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

O bildirib ki, artıq "Xocəsən” stansiyası istifadəyə verilib:

"Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. Bu da nəzərə alınmalıdır ki, Xırdalan şəhərinin içərisində metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur”.

Qeyd edək ki, yanvarın 8-də ictimaiyyətə açıqlanan Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Xırdalana metro xətti çəkiləcəyi açıqlanmışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26