Interposta.Info

Bu ərazilərdə beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək

Manşet
 16-01-2024, 11:35     21 516

Bakıda 1000 hektardan çox ərazi var ki, burada xüsusi mühafizə olunan zona təyin olunub.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

"Burada tarixi abidələrin sıxlığı nəzərə alınıb ki, orada tikinti məsələlərinə məhdudiyyət qoyulub

O qeyd edib ki, bu ərazilərdə beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək.

"Xüsusilə şəhərin mərkəzində tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq”,- deyə o,əlavə edib.//Trend

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26