Interposta.Info

Azərbaycan qalmaqallı blogeri Rusiyaya ekstradisiya etdi

Müxtəlif
 15-11-2023, 17:07     19 188

Azərbaycan tərəfi Sankt-Peterburq sakinlərinə qarşı hücumda ittiham olunan qalmaqallı bloger Tural Məmmədovu Rusiyaya ekstradisiya edib.
"Report” xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Daha əvvəl 18 yaşlı Tural Məmmədov Rusiyanın müraciəti ilə Azərbaycanda saxlanılıb.

İstintaqın məlumatına görə, gənc oğlan digər gənclərlə birlikdə yoldan keçənlərlə qəsdən münaqişə yaradıb və onları döyüb. Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

İstintaq çərçivəsində yaşı 14-18 arasında olan 10-dan çox şəxs saxlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26