Interposta.Info

Bu gündən müəllimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsi başlayır

Müxtəlif
 8-09-2023, 09:27     336

Bu gündən müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılır.

"İnterPosta" xəbər verir ki, müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular avqustun 18-də müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Müəllimlər miq.edu.az saytı və ya portal.edu.az platforması vasitəsilə hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26