Interposta.Info

Peşə məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsahibə başlanır

Müxtəlif
 7-08-2023, 09:31     395

Bu gündən peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsahibə mərhələsi başlanır.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, müsahibə mərhələsinin birinci turu sentyabrın 7-dək, ikinci turu isə ehtiyaca uyğun olaraq oktyabrın 9-dan dekabrın 1-dək davam edəcək.

Xatırladaq ki, direktor və direktor müavinlərinin işə qəbulu üzrə test imtahanında hər bir vakansiya üzrə ən çox bal toplayan beş namizəd müsahibənin ilk turunda iştirak etmək hüququ qazanır. Müsahibə mərhələsinə yalnız 30 baldan çox toplayan şəxslər buraxılırlar. Keçid balından yüksək nəticə göstərən digər namizədlər müsahibə mərhələsi üçün gözləmə siyahısına əlavə ediləcək və müsahibənin ikinci turunda boş qalan vakant yerlər üçün dəyərləndiriləcəklər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26