Interposta.Info

Tələbə yataqxanalarında hazırda qiymətlər necədir? - VİDEO

Müxtəlif
 5-09-2023, 09:21     371

Yeni tədris ilinin başlanmasına çox az bir müddət qalması universitet tələbələrinin ev məsələsini yenidən gündəmə gətirib.

Xezerxeber.az xəbər verir ki, ixtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr paytaxtda münasib qiymətə ev axtarışına çıxıblar.
Yataqxanaların qiymətləri şəraitinə görə, bir-birilərindən fərqlənir.

Məsələn, Bakı Dövlət Universitetinin beş mərtəbəli, 220 yerlik "Tələbə evi”ndə bir nəfərin aylıq ödədiyi qiymət 75 manatdır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyinin aylıq qiyməti isə 60 manatdır.

Azərbaycan Tibb Universitetinin isə dörd yataqxanası mövcuddur. Yataqxanalar oğlan-qız və xarici tələbələr üçün ayrı-ayrılıqda bölünüb. Ümumi tutumu 968 nəfər olan yataqxananın aylıq ödənişi 50-80 manat arasında dəyişir.

Özəl ali məktəblərin yataqxanaları qiymətləri ilə də maraqlandıq. Bakı Avrasiya Universitetinin yeni inşa edilmiş yataqxanasının aylıq ödənişi isə 120-150-170 manat arasında dəyişir.

Yataqxanalarda şəhid və qazi övladlarına, valideynlərini itirmiş və sosial həssas qrupa aid şəxslərə xüsusi güzəştlər edilir.

Ətraflı süjetdə:


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26