Interposta.Info

Bir qrup azərbaycanlı tələbə İsraildə təhsil alacaq

Müxtəlif
 9-08-2023, 09:09     482

Bir qrup azərbaycanlı tələbə İsrailə təhsil almağa gedəcək.

Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter hesabında paylaşım edib.

"Böyük sevinclə azərbaycanlı tələbə Turalın vizasını imzalamağa hazırlaşıram. Onlarla azərbaycanlı tələbə ilə birlikdə o, İsraildə kənd təsərrüfatı sahəsində həyatını dəyişdirən təhsil və təlim ilinə hazırlaşır.

Təsəvvür edə bilərsinizmi ki, bu il İsraildə təhsil Azərbaycanın kənd təsərrüfatı təcrübəsinə necə təsir göstərə bilər?”, - deyə paylaşımda qeyd edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26