Interposta.Info

Parklanmanın başlandığını təsdiq etməyənlər nə qədər cərimələnəcəklər?

Müxtəlif
 7-08-2023, 14:36     403

Bu gündən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir.

Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər. SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yerini 1181 qısa nömrəsinə göndərməlidirlər. Əks halda sürücülərə qarşı cərimə tətbiq ediləcək.

Bəs sürücülərə nə qədər cərimə tətbiq ediləcək?

İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödənişi etməyən, yaxud ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş etməyən sürücülər parklanma yerini tərk etdikdə onlar 10 manat məbləğində cərimələnəcəklər.
Parklanmanın başlandığını təsdiq etməyən sürücü necə aşkarlanacaq?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də “Nəqliyyat Könüllüləri” prosesə cəlb olunacaqlar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26