Interposta.Info

Dəmir qanadlı döyüşçülər: Azərbaycan pilotları (VİDEO)

Müxtəlif
 1-08-2023, 11:38     407

Onlar 44 günlük müharibəni qanadları üzərində daşıdılar. Ən vacib əməliyyatları fərqli yanaşma ilə planlaşdırıb, əminliklə icra etdilər. Və düşməni sözün əsl mənasında bir tapmacayla üz üzə qoydular. İTV-nin əməkdaşı Süleyman Həmidov düşmənin aydın səmasını qaranlığa çevirən hərbi pilotlarla həmsöhbət olub.

"Mühüm strateji obyektləri düşmənin aviasiya zərbələrindən qoruyanlardan… Döyüş meydanında fəaliyyət göstərən bütün qoşun növlərinə havadan dəstək verənlərdən… Düşmənin yerüstü hədəflərini məhv edənlərdən danışırıq…”

Hava sərhədələrinin bizə tapşırılması bizim üçün çox qürurverici bir hissdir. Bunun üçün biz daimi çalışırıq, daimi təlim məşq uçuşları həyata keçiririk. Gecə və gündüz, istənilən hava şəraitində düşmənin hava sahəsini pozmasının qarşısını almağa qadirik. Pilot olmaq o deməkdir ki, düşmənə xırda zərbələr deyil, böyük zərbələr və böyük itkilər vermək deməkdir…

İkinci Qarabağ müharibəsi dövründə SU-25 təyyarələri yeganə pilotlu döyüş texnikası idi ki, öz fəaliyyətini düşmənin nəzarət etdiyi ərazilərdə həyata keçirirdi. Məhz bu təyyarələr vasitəsilə, Azərbaycan şahinləri cəbhənin 30-40 km dərinliyində qarşı tərəfə məxsus döyüş texnikasını yüksək dəqiqliklə məhv etdi…

İki mühərrikli, tək oturacaqlı hücum və hava dəstək Su-25 təyyarəsi. Ordunu yaxın hava dəstəyi ilə təmin etmək məqsədilə konstruksiya olunan bombardmançının Vətən müharibəsindəki fəaliyyəti xüsusilə diqqət çəkir…

Türkiyə və Azərbaycan arasında qarşılıqlı razılaşmaya əsasən, Su 25 təyyarələrinin modernizasiya olunması prosesi həyata keçirilir. Sözügedən hava gəmisinin ilk yenilənmiş versiyası artıq Azərbaycana çatdırılıb "Laçın” layihəsi adı altında hərbi pilotlarımızın istifadəsinə verilən Su-25ML təyyarəsinin sınaq uçuşları artıq həyata keçirilib.

Modernizə olunmuş SU-25 təyyarəsinin digər təyyarələrdən fərqi əsasən silah sistemində yeni dəyişikliklərin edilməsi, uzaq məsafəyə lazer başlıqlı gps naviqasiya sistemli və qanadlı raketlərin atışını həyata keçirmək üçün təyin olunmuşdur. Bu da bizə yeni imkanların əldə olunmasına, uzaq məsafədən düşmənin hədəflərini dəqiqliklə vurulmasına və məhv olunmasına yeni imkanlar yaradır.

Azərbaycan pilotları 44 günlük Vətən müharibəsində Böyük Qələbənin qazanılmasında əhəmiyyətli rol oynadı. 30 ildən çox müxtəlif ölkələrdə qazanılan təcrübə isə onu göstərir ki, dəmir qanadlı döyüşçülər həm havada, həm də quruda düşmənin təxribatının qarşısını almağa, habelə istənilən hədəfi yüksək peşəkarlıqla məhv etməyə qadirdilər…

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26