Interposta.Info

"Şahinlər"imizin Vətən müharibəsindəki əməliyyatının adı nə olub? - General açıqladı/VİDEO
 

Ölkə / Manşet
 3-11-2021, 10:30     7 965

Hərbi Hava Qüvvələrimizin Vətən müharibəsindəki əməliyyat planının adı açıqlanıb.

"İnterPosta" xəbər verir ki, bunu müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov İTV-nin efirində yayımlanmış "Görünməyən qəhrəmanlar - Hərbi Hava Qüvvələri” adlı sənədli filmdə deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində düşmənin hava hücumundan müdafiə sistemini məhv etmək məqsədilə "Qarabağ mücrüsü" adlı xüsusi əməliyyat planı hazırlanıb.

Nazir müavini bildirib ki, hərbçilərimiz düşmənin fikrini yayındırmaq üçün müxtəlif variantlardan istifadə ediblər:

"Birincisi, düşmənin bütün növ zenit-raket komplekslərini işə salmağa vadar etmək üçün mövcud olan aviasiya vasitələrimizi havaya qaldırıb kütləvi aviasiya zərbəsini imitasiya etdik. Həmin imitasiya vasitələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına daxil olmadan müxtəlif manevlər edirdilər. Lakin çox keçmədən düşmən bizim etdiklərimizin yayındırıcı manevrlər olduğunu anlayacaqdı. Ona görə də ikinci tədbir kimi, düşmənin fəndimizi başa düşməməsi üçün Dövlət Sərhəd Xidmətinə məxsus, göyərtəsində pilot olmayan, "kukruznik” kimi tanından AN-2 təyyarələrini düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına yönləndirdik. Lakin bu dəfə də düşmən bu təyyarələri məhv etdikdən sonra bunların yalançı hədəf olduğunu başa düşəcəkdi və adekvat tədbirlər görəcəkdi”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26