Interposta.Info

Ovucun içində “Black Hornet” və Türkiyə “Fırtına”sı - VİDEO

Müxtəlif
 29-07-2023, 14:49     422

Dünyada müdafiə sənayesi ilə bağlı əldə edilən nailiyyətlər və döyüş əməliyyatlarında müxtəlif növ silah sistemlərinin istifadəsinə dair “Caliber”in layihəsinin “YouTube” kanalında növbəti videosüjet yayımlanıb.

Yeni müdafiə sənayesi məhsullarının dünya ölkələri ordularının arsenallarına qəbul edilməsi haqqında növbəti icmalda Ukrayna tərəfindən İsveçin “STRF-90” piyada döyüş maşınlarının alınması, Türkiyə Hərbi Dəniz Qüvvələrinin “TCG İstanbul” freqatının sınaqları, eləcə də Ankaranın Ukrayna Silahlı Qüvvələrinə “T-155 Fırtına” özüyeriyən artilleriya qurğularının mümkün tədarükü ilə bağlı məlumat verilib.

Həmçinin Ukrayna Silahlı Qüvvələrinə verilmiş Norveçin min ədəd “Black Hornet” mini dronundan da bəhs edilib. Eyni zamanda İsrailin “LANIUS” miniatür dron-kamikadzesi ilə bağlı da görüntülər təqdim olunub.

Daha ətraflı videosüjetdə:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26