Interposta.Info

Qobustandakı dəhşətli qəzada həlak olan gənc qızın nişanlısı ilə son paylaşımı - VİDEO

Müxtəlif
 23-05-2023, 11:19     667

Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı həlak olan nişanlı qızın son paylaşımı hər kəsi qəhərə boğdu.

Hadisə nəticəsində dünyasını dəyişən beş nəfərdən ikisi - 2006-cı il təvəllüdlü Səmayə Talıbova ilə 2000-ci il təvəllüdlü Əmrah Nuriyevin yaxın günlərdə nişan mərasimi olacaqmış. Səmayə Talıbovanın Bakıya yola düşərkən paylaşdığı görüntülər sosial şəbəkə istifadəçilərini təsirləndirib. Gənc qız son paylaşımına “hazırlaşın, nişanlanırıq” şəklində qeyd əlavə edibmiş.

[frame=https://baku.tv/dunyaa/qobustandaki-qezada-olen-genc-qizin-nisanlisi-ile-son-paylasimi]
Xatırladaq ki, ötən gün Qobustanda baş verən dəhşətli qəzada dünyasını dəyişən şəxslər bir ailənin üzvləridir. Belə ki, 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov və 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova ər-arvad olublar. Qəzada ölən azyaşlı isə onların övladıdır.

Qəzada ölən Əmrah Nuriyev Şəbnəm Səmədovanın qardaşı, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə anasıdır.

Hadisə nəticəsində həlak olan 2006-cı il təvəllüdlü Səmayə Talıbova ilə 2000-ci il təvəllüdlü Ə.Nuriyevin yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmişlər./oxu.az

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26