Interposta.Info

Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb (VİDEO)

 

Müxtəlif
 16-05-2023, 08:51     384

Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb.

Hadisə paytaxtın Sabuncu rayonu ərazisində baş verib.

Məlumata görə, qohumlar arasındakı razılıq nəticəsində 13 yaşlı qız anasının boşanmış dayısı oğluna nişanlanıb.

Adını məxfi saxladığımız 13 yaşlı qızçığaz ilə həmsöhbət olduq. O deyir ki, nişanlanmağını ailəsi istəyib, özü isə oxumaq həvəsindədir. Amma məktəbi ibtidai sinfə qədər oxuyub.

Hələ ailənin nə olduğunu dərk etməyəcəyi yaşda ciyinlərinə böyük yük qoyulub bu qızcığazın. Deyir, ailə qurmaq istəmir. Ailəsi tərəfindən buna məcbur edilir.

Məktəbli qızını dərsə yox, evlənməyə sövq edən ana isə hərəkətinə bəraət qazandırmağa çalışır.

Qadının sözlərinə görə, övladını nişanlasa da, toyu üçün yetkinlik yaşının bitməsini gözləyəcək.
Qeyd edək ki, ailənin daha bir qız övladı var və o da təhsildən yayınır.

Məktəbli qızın nişanlısının da evində olduq. Oğlan evdə olmasa da, anası ilə həmsöhbət olduq. Qadının sözlərinə görə, qızı ailəsinin razılığı əsasında alıblar.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, qanunvericiliyə uyğun olaraq 9-cu sinifə qədər təhsil icbaridir. Bu uşağın təhsildən yayınması isə birbaşa valideynin məsuliyyətsizliyidir.

Daxili İşlər Nazirliyini də məsələ ilə bağlı məlumatlandırdıq. Qurumdan bildirildi ki, məsələ araşdırılacaq./Xəzər TV

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26