Interposta.Info

Yusif Eyvazovla çəkdirdiyi fotoya görə işdən qovuldu

Müxtəlif
 13-04-2023, 13:47     424

Məşhur belarus dirijoru Vyaçeslav Çernuxo-Voliç Odessa Milli Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsindən azad edilib.

İşdən çıxarılma Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yeni direktoru, Xalq artisti Yusif Eyvazovla çəkdirdiyi fotoya görə baş verib.

"Ukrayinska Pravda” qeyd edir ki, V. Çernuxo-Voliç və Y. Eyvazovun birgə şəkli mədəniyyət ictimaiyyətində kəskin reaksiyaya səbəb olub.

Ukrayna mətbuatı da bunları qeyd edir: "Yusif Eyvazov Rusiyanın təcavüzünə dəstək verdiyinə görə Ukraynada sanksiyalar altında olan Anna Netrebkonun əri imiş”./olay.az

İnterPosta.info

Yusif Eyvazovla çəkdirdiyi fotoya görə işdən qovuldu

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26